Bakıda məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı artırılacaq 28 İyul 2017 01:00 Elm, Təhsil Bakıda məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı 10 faiz artırılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, 2017-2018-ci tədris ilindən məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların ümumi sayı daha 10 faiz artırılaraq, 65 faizə çatdırılacaq. Artım əsasən, Bakıətrafı ərazilərdə yaşayan uşaqların məktəbəhazırlıq qruplarına cəlbi hesabına olacaq. İdarədən bildirilib ki, aparılan araşdırmalar da Bakının mərkəzi hissələrində yerləşən məktəblərə nisbətən ətraf qəsəbələrin ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarındakı uşaqların sayının az olduğunu göstərir. Həmin məktəblərdəki məktəbəhazırlıq qruplarında uşaqların sayını artırmaqla onların I sinfə daha hazırlıqlı getməsi təmin olunacaq. Ümumilikdə isə 2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. / Teqlər : #Bakıda məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı artırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Peşə məktəblərinə qəbulla bağlı YENİLİK İyulun 27-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb