Bakıda məşhur qızıl dükanının sahibi 43 bıçaq zərbəsi ilə qətlə yetirilib 05 Yanvar 2016 02:00 Hadisə Bakıda evində ölü tapılan qadına 43 bıçaq vurulub. APA TV-nin hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib. İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub. Teqlər : #Bakıda məşhur qızıl dükanının sahibi 43 bıçaq zərbəsi ilə qətlə yetirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bayram günlərində 24 yol qəzası baş verib, 15 nəfər həlak olub Bakıda hündürmərtəbəli binada yanğın söndürülüb