Bakıdakı konfransda Əl-Aqsa məscidinin bağlanmasına etiraz olaraq kommünike qəbul olunub 21 İyul 2017 01:00 Fələstin Fələstin xalqının hüquqlarının müdafiəsi Komitəsi və İslam Əməkdaşlıq Təşkilatı Əl-Aqsa məscidinin bağlanılmasına etiraz olaraq birgə kommünike qəbul edib. APA-nın məlumatına görə, Bakıda keçirilən Qüds məsələsinə həsr olunan beynəlxalq konfransın iştirakçıları məscidin bağlanılması və cümə namazlarına qadağanın qoyulmasını pisləyiblər. "İşğalçı qüvvə olan İsrailin bu və digər məhdudiyyətlərin tətbiq etməsi tarixi status-kvonu və beynəlxalq hüququ pozur. Bu, Qüdsdə müqəddəs yerlərə səfər etmək istəyənlərə qarşı qəddar işğaldır, Fələstin xalqının hüquqlarına hücumdur", - deyə sənəddə bildirilir. Kommünikedə deyilir ki, Fələstindəki dindarlara qarşı təxribatlar, hücum və qanun pozuntuları gərginliyi və dini həssaslıq mühitini mürəkkəbləşdirir və buna dərhal son qoyulmalıdır. Konfrans iştirakçıları beynəlxalq ictimaiyyətə işğalçı sionist rejimə təsir edərək onu tarixi status-kvoya hörmət etməyə çağırıb, habelə metal detektorları sökməyi tələb edib. Kommünikedə həmçinin bütün maraqlı tərəflərə gərginliyin azaldılmasına istiqamətlənmiş addımlar atmağa çağırış yer alıb. Konfrans iştirakçıları hesab edirlər ki, İsrailin Fələstin torpaqlarının işğalına son qoyması davamlı sülhə gətirib çıxara bilər. Teqlər : #Bakıdakı konfransda ƏlAqsa məscidinin bağlanmasına etiraz olaraq kommünike qəbul olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşağlçı İsrail hərbiçiləri fələstinlilərə rezin güllə və gözyaşardıcı qazla hücum edib, 193 nəfər yaralanıb - FOTO/VİDEO - YENİLƏNİB Qüdsün işğalçı İsrail rejimi tərəfindən mühasirəsinə dünyanın müxtəlif ölkələrində müsəlmanlar etiraz edir
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar