Bakıda iki nəfər qarpızdan zəhərlənərək ölüb 25 İyul 2016 01:00 Hadisə Bakıda qida zəhərlənməsindən ölüm faktları qeydə alınıb. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Marina Nəcmuddinova qarpızdan zəhərlənərək ölüb. Digər hadisə isə Binəqədi rayonunda qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində yaşayan azyaşlı Adil Həşimov qarpızdan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. Faktlarla bağlı araşdırma aparılır. / Teqlər : #Bakıda iki nəfər qarpızdan zəhərlənərək ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə baş verən dəhşətli yol qəzasında bir ailənin 7 üzvü ölüb Sərxoş polislər xəstəxanaya daxil olub tibb bacısını döydülər