Bakıda havada tozun miqdarı normanı 4.3 dəfə keçib 23 İyul 2021 10:17 Ölkə Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava müşahidə olunur. Xidmət qeyd edir ki, tozlu hava şəraiti lokal xarakterlidir. Açıqlamaya görə, buna səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır: ''Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur. Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir’’. Teqlər : #Bakıda,#havada,#tozun,#miqdarı,#normanı,#4.3,#dəfə,#keçib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayır Bu prospektdə sürət həddi aşağı endirildi - DİQQƏT