Bakıda dəhşətli qəza - Sürücü bu maşından sağ çıxdı 07 Yanvar 2020 10:57 Hadisə Bakının Qaradağ rayonunda minik avtomobili idarəetmədən çıxaraq yük maşını ilə toqquşub. Maide.Az APA-ya istinadla xəbər verir ki, qəza Lökbatan dairəsi adlanan ərazidə baş verib. Hadisə şahidi, Gürcüstan vətəndaşı Omari Qardavili açıqlamasında bildirib ki, "AzSamand" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsinin təkərlərində problem yaranıb. Nəticədə avtomaşın idarəetmədən çıxıb və dairəvi yoldakı arakəsməyə çırpılıb. Bu zaman nəqliyyat vasitəsinin təkəri qırılıb. Sürücü özünü avtomobildən çölə atıb və sağ qalıb. Daha sonra avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış yük maşınına çırpılıb. Hadisə nəticəsində sürücünün xəsarət aldığı bildirilir. "AzSamand" markalı avtomobil isə yararsız vəziyyətə düşüb. Əraziyə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Teqlər : #Bakıda,#dəhşətli,#qəza,#Sürücü,#maşından,#sağ,#çıxdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabirabadda yolu keçən piyadanı maşın vurub öldürdü Bayram günlərində Bakıda dəm qazından zəhərlənənlərin sayı açıqlanıb