Bakıda baş verən yanğın nəticəsində bir nəfər yanaraq ölüb 02 Noyabr 2015 02:00 Hadisə Bakıda yanğın hadisəsi baş verib. Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda ümumi sahəsi 4 kv.m olan avtomobil dayanacağında gözətçi köşkünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı köşkün içərisində 1975-ci il təvəllüdlü Əliyev İqor Vladimiroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindin aşkar olunub. Dayanacaqda olan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Teqlər : #Bakıda baş verən yanğın nəticəsində bir nəfər yanaraq ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Astarada itkin düşmüş gənc tapılıb Ağstafada avtomobillə qatar toqquşub, ər-arvad ağır xəsarət alıb