Bakıda 17 yaşlı əfqan qız 12-ci mərtəbədən yıxılaraq ölüb 25 Fevral 2016 02:00 Hadisə Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır. Teqlər : #Bakıda 17 yaşlı əfqan qız 12ci mərtəbədən yıxılaraq ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lənkəranda 54 yaşlı qadın intihar edib Lənkəranda oğru kameraya düşdü – VİDEO