Bakı-İstanbul aviareysində gecikmə yaranıb 08 Oktyabr 2014 01:00 Xəbərlər AZAL: Gecikmə texniki nasazlıqla əlaqədardır Bu gün Bakı-İstanbul (Sabiha Gökçen hava limanına) istiqamətinə yerinə yetirilən aviareysdə ləngimə baş verib. “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, gecikməyə səbəb təyyarədə yaranan texniki nasazlıq olub. “Qeyd edilən istiqamət üzrə saat 07:50-də uçmalı olan təyyarə saat 10:10 havaya qalxıb. Buna səbəb təyyarədə yaranan texniki nasazlıqdır. Lakin narahatlığa heç bir əsas yoxdur”, - deyə M. Səfərli qeyd edib. / Teqlər : #Bakıİstanbul aviareysində gecikmə yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəzi rayonlarda qaz olmayacaq Qeyri-müsəlmanlar hicab taxaraq müsəlmanları müdafiə etdi