Bahalanmanı cilovlamaq olmur

Bahalanmanı cilovlamaq olmur

"Exo" qəzetində gedən "Azərbaycanda ərzağın qiyməti artır, artır..." sərlövhəli məqalədə bahalanma mövzusu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla müzakirə edilir.
 
"İstehlakçılar bizə şikayət edirlər ki, ölkədə ərzaq malları heç bir qayda-qanun gözləmədən artırılır. Bizdə bir dəfə qalxan qiymətlər bir də enmir , -deyə o qeyd edib.
 
AİB sədri deyib ki, sahibkarların maraqlarını qorumaq və yoxlamaların sayını azaltmaqdan ötrü iki il bundan öncə dövlət başçısı İlham Əliyev sənəd imzalayıb: "Amma informasiyalar var ki, rüşvət verilməsi daha qapalı şəkildə bu gün də davam etməkdədir. Buna görə də, qiymətlər enmək əvəzinə daha da artır".
 
Azad İstehlakçılar Birliyinin sədri E.Hüseynov daha sonra qəzetin oxucularını öz monitorinqlərinin nəticələri ilə də tanış edib: "Azərbaycanda ərzaq mallarının qiymətləri kəskin bahalaşıb. Günəbaxan yağı durmadan artır. Yerli süd məhsulları günbəgün bahalaşır. Bir il əvvəl 2 manata olan banan indi 3 manat 80 qəpik həddinə qalxıb. Topdansatış nöqtələrində də ciddi qiymət artımı qeydə alınıb".
 
Yazıda qeyd edilir ki, belə kəskin qiymət artımının iqtisadi əsasları yoxdur. /

Google+ WhatsApp ok.ru