Bağdadda baş verən terror aktları 47 nəfərin ölümünə səbəb olub

Avqustun 6-da İraqın paytaxtında baş verən terror aktlarında 47 nəfər ölüb, 60 nəfər yaralanıb.
 
Maide.az-ın verdiyi məlumata görə, bu barədə “Əl-Cəzirə” telekanalı xəbər verib.
 
Belə ki, axşam saatlarında Bağdadın müxtəlif bölgələrində dörd partlayış törədilib. Məlumata görə, paytaxtın şərqində, əsasən şiələrin yaşadığı Mədinət-Sədr bölgəsində bir vaxtda iki minalanmış avtomobil partladılıb. Digər insidentlərin təffərüatları barədə məlumat verilmir.

Google+ WhatsApp ok.ru