Bağça və məktəbəqədər müəssisələrdə distant təhsil olmayacaq 30 Oktyabr 2020 11:55 Ölkə Bağçalarda təlim-tərbiyə hələ ki, bərpa edilmir. "Report" xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir: "Amma bağça və məktəbəqədər müəssisələr istəyərsə öz təşəbbüsləri ilə onlayn təhsil verə bilərlər". O həmçinin qeyd edib ki, Bölgələrdə internet problemi ilə əlaqədar növbəti illərdə 100 məktəbə fiber-optik internet çəkilməsi planda var. Teqlər : #Bağça,#və,#məktəbəqədər,#müəssisələrdə,#distant,#təhsil,#olmayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Növbəti iki həftədə təhsil onlayn qaydada həyata keçiriləcək Noyabrın 2-dən tədris distant olacaq