Bəhreyndə İmam Cəfər Sadiqə (ə) əza saxlayan məhbuslar cəzalandırıldı -VİDEO 19 İyun 2020 17:45 Dünya Ali Xəlifə rejimi Bəhreynin Mərkəzi Həbsxanasında bəhreynli məhbusları İmam Cəfər Sadiqə (ə) əza saxladıqlarına görə döyüblər. Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, Bəhreyn mediası Ali Xəlifə rejiminin rəsmilərinin Bəhreyn şiə məhbuslarına hücum etdiyini və işgəncədən istifadə etdiyini bildirir. Bəhreynin Lualua televiziyası bu gün (19 iyun) bəhreynli insan haqları fəalı Zeynəb Əl-Xamisin verdiyi məlumata görə, iyunun 17-si Bəhreyn Cou Mərkəzi Həbsxanasının işçiləri həbsxananın 4-cü korpusunun 3-cü binasına basqın edərək, İmam Cəfər Sadiqin (ə) şəhadətinə matəm saxlayan məhkumları döydüklərini bildirib. Məlumata görə, bu Bəhreyn həbsxana işçilərinin həbsxana müdiri polkovnik Hişam Əl-Zayaninin əmri ilə şiə məhbusların Quran və dualar oxumaq da daxil olmaqla dini etiqad azadlıqlarından məhrum etmələri ilk hal deyil. Teqlər : #Bəhreyndə,#İmam,#Cəfər,#Sadiqə,#(ə),#əza,#saxlayan,#məhbuslar,#cəzalandırıldı,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriyada ABŞ və İsrail bayraqları yandırıldı Kəşmirdə qarşıdurma; Ölənlər var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO