Bəhreyn Dini Azadlıqların Müdafiə Mərkəzinin sədri Ayətullah İsa Qasimin sağlamlığı ilə bağlı narahatdır 12 Avqust 2017 01:00 Dünya Bəhreynin “Salam” İnsan Hüquqları və Demokratiya təşkilatının Dini Azadlıqların Müdafiə Mərkəzinin sədri Seyid Abbas Şübbər ölkə şiələrinin rəhbəri Ayətullah İsa Qasimin sağlamlığı ilə bağlı narahatlığını ifadə edib. Maide.Az xəbər verir ki, A.Şübbər deyib ki, Ali Xəlifə rejim qüvələrinin Diraz bölgəsində toplanan insanlara hücumundan sonra təqribən 80 gündür ki, Ayətullah İsa Qasim ev dustaqlığında saxlanılır. Ayətullah İsa Qasim həkim müayinəsi və dərmanlardan məhrum edilib. Bəhreyn rejimi Diraz bölgəsində Ayətullah İsa Qasimin evinin ətrafındakı yollarda zirehli texnika yerləşdirib və sakinlərin gediş-gəlişini qadağan edib. Həmçinin yollarda yoxlama məntəqələri quraşdırılıb ki, Diraz bölgəsindən çıxmaq istəyən şəxslər yoxlama məntəqələrində təftiş olunur. / Teqlər : #Bəhreyn Dini Azadlıqların Müdafiə Mərkəzinin sədri Ayətullah İsa Qasimin sağlamlığı ilə bağlı narahatdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT nəhayət ki, sükutunu pozaraq Səudiyyə rejiminin Əvamiyyə bölgəsindəki cinayətlərinə münasibət bildirdi-VİDEO Pekin aeroportunda 268 reysi təxirə salındı - SƏBƏB?
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO