BƏƏ Marsda kiçik şəhər tikəcək - FOTO 16 Fevral 2017 02:00 Maraq dünyası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2117-ci ildə Mars planetində ilk mini-şəhər tikmək qərarına gəlib. Maide.Az xəbər verir ki, bunu BƏƏ hökuməti Dubayda keçirilən Ümumdünya hökumət samitində elan edib. Marsda tikiləcək ilk mini şəhərin planı və maketinin təqdimatıda bu sammitdə baş tutub. Təqdimat mərasimində baş nazir, Dubayın hakimi şeyx Məhəmməd bin-Rəşid əl-Məktum iştirak edib. BƏƏ hökuməti Qırmızı planetdə mini-şəhərin tikintisini aparıcı beynəlxalq təşkilatlar və elmi-tədqiqa institutları ilə müştərək olaraq inşa edəcəklər. Birləşmiş Ərəb Əmirliklərinin milli yüzillik proqramına əmirliyin elmi kadrlarının yetişdirilməsi də daxildir. Bu kadrlar Marsa insanların və ərzaq məhsullarının daşınmasını təmin edəcəklər. Layihədə Marsda ehtiyac duyulacaq nəqliyyat vasitələri, energetika və qida məhsullarına da yer ayrılıb.(islam.ru) Teqlər : #BƏƏ Marsda kiçik şəhər tikəcək FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistan kosmik fəzaya eyni vaxtda 104 peyk buraxmaqla rekorda imza atıb Qazaxıstanda yolu azan hərbi helikopter sakinlərdən kömək istədi - VİDEO