Bəhreyndə şiələrin məscidinə hücum

Naməlum şəxslər Bəhreynin əl-Deyr kəndində şiələrin məscidinə hücum edib, Quranlara hörmətsizlik edib,  cırıb və məscidə xəsarət vurublar.
 
Maide.az Miratul-Bəhreyn xəbər portalına istinadən xəbər verir ki,  cümə axşamı günü sübh namazını qılmaq üçün əl-Xif məscidinə gedən kənd əhalisi hər tərəfə səpələnmiş dualar və Quran nüsxələrini görüblər. 
Naməlum şəxslər əl-Xif məscidinin qapısını sındıraraq məscidə daxil olub.  
Ərəbistanın əl-Qətif və əl-Dimamda şiələrin məscidlərinə qarşı İŞİD terrorçularının 2 kamikadze hücumundan sonra Bəhreyn şiələri onların məsidlərinə hücumdan nigaran olublar.Xüsusilə də Ali-Xəlifə rejimi Bəhreyndə terrorçulardan öncə şiələrin 38 məscidini dağıdıb. /

Google+ WhatsApp ok.ru