Bəşşar Əsəd: `Ərdoğanın təkfirçilərə dəstək verməsi öz ağalarını razı salmaq üçündür`

Ötən gün Suriya prezidenti cənab Bəşşar Əsəd Dəməşqə səfər edən Türkiyənin müxtəlif partiya və icmalarından ibarət heyət ilə görüşündə, “Bu səfər bir daha göstərir ki, ölkələr arası həqiqi əlaqəni dövlətlər deyil məhz xalqlar yaradır...”, - deyə bildirib.
 
Maide.az xəbər verir ki, Bəşşar Əsəd daha sonra bildirib ki, bəzi dövlətlər dağıdıcı siyasət xəttini seçiblər, bu da xalqların mənafeinə uyğun deyil: "Ərdoğan da məhz bu yolu seçərək dalana doğru hərəkət edir. O, ağalarını razı salmaq məqsədi ilə ekstrimist təkfirçi qüvvələrə dəstək verərək onların layhələrini icra edir. Terrorla mübarizə yalnız terrora qarşı müharibə aparmaqla bitmir. Gərək bu yolda hər bir xalq öz dövlətini tutduğu mövqeyindən çəkinməsi üçün hökümətə təzyiq etməlidir. Həmçinin müharibə və təhlükəli bir zərərdən yaxa qurtarmaq üçün terrorun əsas qaynağı olan “radikal təfəkkür”lə mübarizə aparılmalı və bu mübarizədə mütləq ölkələr arası ciddi əməkdaşlıq olmalıdır”.

Google+ WhatsApp ok.ru