Azandan narahat olan Qüdsdən rədd olsun 04 Noyabr 2016 02:00 Fələstin Fələstində Əl-Əqsa məscidinin imamı Şeyx İkrimə Səbri, Fələstində azandan narahat olanlara səslənib və Qüdsdən rədd olmalarını tələb edib. Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qüds İslam nümayəndə heyətinin rəhbəri və Əl-Əqsa məscidinin imamı Şeyx İkrimə Səbri, İsrail rejimi bələdiyyəsinin yəhudiləri narahat etdiyinə görə azanı qadağan etməsinə cavab olaraq bildirib ki, Azandan narahat olanlar rədd olsunlar. O bildirib ki, məscidddə azan verməyə davam edəcyik. İşğalçı rejimin təlimatlarına qulaq asmayacağıq. Azanın İslamın şüarlarındandır. Azan Qüds səmalarında qiyamətə qədər əks-səda salacaq. Şeyx Səbri qeyd edib ki, əgər səs-küydən danışılırsa, əsl səs-küy mənbəyi sionist İsrail rejiminin təyyarələrinin torpaqlarımızın səmalarındakı səsidir. İşğalçı rejimin tanklarının məhəllələrə girişidir. Buldozerlərin evlərimizi yıxmasıdır. İşğalçılar vətəndaşlarımıza atdığı mərmiləri dayandırsın. Qeyd edək ki, Sionist İsrail rejiminin Qüdssdəki bələdiyyə sədri Berekat, Şərqi Qüdsdəki yəhudilərin azan səsindən narahat olduqlarını bildirmişdi. O, azanın qadağan olunmasını istəmişdi. İsrail baş naziri Benyamin Netanyahu da məscidlərdə səsucaldıcı vasitələrdən istifadə edilərək azan oxunmasını tənqid etmiş və bunun qanun yolu ilə qarşısının alınacağını bildirmişdi. Teqlər : #Azandan narahat olan Qüdsdən rədd olsun, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist İsrail rejimi 31 fələstinlini həbs edib Yəhudilər BMT-nin qarşısında işğalçı İsrail rejiminə etiraz etdilər
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar