Azadlıq donanması Qəzzaya bir gəmi ilə gedəcək 04 Oktyabr 2016 01:00 Fələstin Qəzzaya tətbiq olunan mühasirəni yarmaq üçün yaradılan beynəlxalq Azadlıq donanması koalisiyasından, qadınlardan ibarət 4-ci donanmanın Qəzzaya bir gəmi ilə gedəcəyini bildirilib. Maide.Az xəbər verir ki, təşkilatdan verilən yazılı açıqlamada bildirilib ki, keçən həftə çərşənbə axşamı günü Messinadan yola çıxan "Zaytouna" adlı gəminin yoluna problemsiz davam edir. Bu həftənin sonuna doğru Qəzza limanına çatması gözlənilir. Yalnız qadınlardan ibarət olan donanmayla İspaniyanın Barselonada şəhərindən iki gəmiylə Qəzzaya yola düşülməsi planlaşdırılırdı. İlk "Amal-Hope" gəmisində yaranan texniki problemlərə görə yeni gəmi ilə əvəzlənib. Amma bu səfərdə baş verən gecikməyə görə gəmi ekipajı bu səyahəti təxirə salıb. Kanada, Meksika, İspaniya, Norveç, ABŞ və Avstraliya kimi dünyanın müxtəlif yerlərindən qeyri-hökumət təşkilatlarının dəstəyini alaraq hərəkət edən Azadlıq donanması Qəzza limanına daxil olmasına mane olan İsrail rejimi əsgərlərini, bu dəfə "qadınların gücü" ilə keçməyi hədəfləyirlər. Donanmadakı gəmilər oktyabr ayının ilk həftəsində Qəzzaya çatması nəzərdə tutulub. Teqlər : #Azadlıq donanması Qəzzaya bir gəmi ilə gedəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist İsrail rejimi 28 yaşlı fələstinli gənci öldürdü İşğalçı sionist rejimi səkkiz fələstinlini həbs edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar