Azərbaycanla Türkiyə arasında yeni qaz kəməri ilə bağlı sənəd imzalanacaq 15 Dekabr 2020 10:04 Ölkə Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu imzalayacaqlar. Azərbaycanla Türkiyə arasında yeni memorandum imzalanacaq. Trend-in Türkiyə mətbuatına istinadən məlumatına görə, sənədin dekabrın 16-da iki ölkənin enerji nazirlikləri arasında imzalanacağı gözlənilir. Məlumatı Trend-ə Energetika Nazirliyi də təsdiqləyib və sənədin təfərrüatlarının imzalandıqdan sonra açıqlanacağını bildirib. Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov bir qədər əvvəl Trend-ə bildirmişdi ki, Naxçıvan Muxtar Respublikasına etibarlı qaz tədarükü gündəmdəki məsələlərdən biridir: “Bu baxımdan Azərbaycandan Türkiyəyə tədarük olunan təbii qazın bir qisminin İqdır-Naxçıvan qaz kəməri ilə Naxçıvana nəqli planlaşdırılır. " Nazirin sözlərinə görə, bu layihə Naxçıvan Muxtar Respublikasının qaza olan ehtiyacını ödəməyə imkan verəcək və enerji təhlükəsizliyini gücləndirəcək. Teqlər : #Azərbaycanla,#Türkiyə,#arasında,#yeni,#qaz,#kəməri,#ilə,#bağlı,#sənəd,#imzalanacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Bakı və Abşeronun bəzi ərazilərinin qaz təchizatında fasilələr olacaq İran- Azərbaycan Birgə Texniki Komissiyasının iclası öz işinə başladı