Azərbaycanda nə qədər insan qripə yoluxub? 28 Dekabr 2018 11:59 Sağlamlıq Bu il Azərbaycanda 75 nəfərdə qrip virusu aşkar olunub. Maide.Az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyanın Epidemioloji tədqiqatlar şöbəsinin müdiri Kamran Əfəndiyev deyib. Onun sözlərinə görə, bu il ərzində göndərilən 842 nümunə müayinədən keçirilib: “Qrip virusu ilə bağlı respublika üzrə stasionarlar və Bakı şəhərinin poliklinikalarından viruslu xəstələrin nümunələri bizə göndərilib. Bunların 75-i müsbət nəticə verib. Onlar, əsasən, qripin B qrupuna aiddir. Bu, o deməkdir ki, insandan-insana keçən qrip virusudur”. Kamran Əfəndiyev bildirib ki, insanlar xəstələnməmək üçün diqqətli olmalıdırlar: “B qrupu qrip virusu hava-damcı infeksiyasıdır. İnsanlar gigiyenik qaydalara əməl etməli, işə gedən zaman maska taxmalıdır”. Qrip virusu, əsasən, noyabr ayının sonlarından başlayır və yaz aylarına kimi davam edir. Çünki günəş şüaları və isti hava şəraiti viruslara öldürücü təsir göstərir. Onlar soyuq havaya dözümlü olduğu üçün qış fəslində daha çox yayılır. İnsanlar viruslara yoluxmamaq üçün bir sıra şərtlərə əməl etməlidirlər. İnsanlar xəstə olan zaman yataq rejimində qalmalıdırlar. Teqlər : #Azərbaycanda,#nə,#qədər,#insan,#qripə,#yoluxub?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu sızanaq ciddi xəstəlikdən xəbər verir Qazlı suların ölümcül təhlükəsi aşkarlandı
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir