Azərbaycan avtobus istehsal edəcək 16 Yanvar 2017 02:00 İqtisadiyyat Azərbaycan və İran birgə aqrotexnika və avtobus istehsalı zavodunun tikintisini müzakirə edirlər. Bu haqda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, bu gün Bakıda təməli qoyulan əczaçılıq zavodu İranla birgə ikinci zavoddur: "İlk zavodun - avtomobil istehsalı üzrə - tikintisinə ötən il Neftçala sənaye məhəlləsində başlanıb". Qeyd edək ki, "Iran Khodro" ilə Azərbaycanın "Azeurocar" şirkəti İrana məxsus "Dena", "Rana", "Soren" və "Samand" markalı avtomobillər istehsal edəcək. Layihə 15 milyon dollar qiymətləndirilir. (fins.az) / Teqlər : #Azərbaycan avtobus istehsal edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əhali ötən il ərzağa 15 mlrd. manat, yanacağa 1,7 mlrd. manat xərcləyib Azərbaycanın torpaq bazarında çöküş?