Azərbaycanda meyitlərdən orqan transplantasiyası olacaq - VİDEO

Azərbaycanda meyitlərdən orqan transplantasiyası olacaq - VİDEO

Böyrək, qaraciyər kimi orqanlarını itirən insanlara canlı donorlardan orqan köçürmək mümkündür. Ancaq ürək, ağciyər və ya mədəaltı xəstəliklərindən əziyyət çəkənlər üçün orqan mütləq meyitlərdən götürülməlidir. Çünki bu orqanların əvəzedicisi yoxdur. Səhiyyə nazirliyi məhz meyitlərdən orqan köçürülməsi üçün yeni təlimat hazırlayır.
 
Azərbaycanda meyitlərdən xəstə insanlara orqan köçürüləcək. Tanınmış transplantoloq Mircəlal Kazımi bildirir ki, bununla bağlı hazırlanan təlimatlarda prosesin bütün təfərrüatları əksini tapır. Təlimata görə, vəfatından sonra orqanı götürüləcək xəstələrin beyin ölümü tibb müəssisələrində reallaşmalıdır.
 
Xəstənin beyin ölümü reallaşandan sonra meyitlərdən orqan köçürülməsi koordinatorları işə qoşulacaq.
 
Orqanın işlək olması üçün onu meyitdən qısa müddət ərzində götürmək lazımdır.
 
Mircəlal Kazımi bildirir ki, orqanları sağlam olan bir şəxs vəfat etdikdə ən azı 5-6 adamı həyata qaytara bilər. Ona görə də ölən şəxslərin yaxınları bu işdə fəal olmalıdırlar.
 

Google+ WhatsApp ok.ru