Azərbaycan, Rusiya, İran XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə kommünike qəbul edilib 07 Aprel 2016 01:00 Siyasət Bakıda Azərbaycan, Rusiya, İran XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə kommünike qəbul edilib. Tərəflər qarşılıqlı hörmət, tərəfdaşlıq və bir-birinin daxili işinə qarışmamaq prinispi əsasında gələcəkdə əməkdaşlığı davam etdirməkdə razılığa gəliblər. XİN rəhbərləri BMT-nin nizamnaməsində əks olunmuş beynəlxalq hüququn prinsip və normalarına əməl edilməsinə sadiqliklərini təsdiq ediblər. Bu kontekstdə regionda münaqişələrin həllinə sadiqlik də təsdiq olunub. Azərbaycan, Rusiya, İran XİN rəhbərləri regionun sabitliyinə və təhlükəsizliyinə təhlükə törədən yeni çağırışlara qarşı mübarizənin gücləndirilməsini qeyd ediblər. İqtisadiyyat, energetika, nəqliyyat, mədəniyyət və turizm məsələlərində üçtərəfli formatda əməkdaşlığın inkişafına sadiqlik təsdiq edilib.(trend) Teqlər : #Azərbaycan,#Rusiya,#İran XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə kommünike qəbul edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğal olunmuş torpaqlarımız üçün petisiya açıldı Xəzəryanı ölkələrin XİN başçılarının görüşü yayda keçiriləcək
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video