Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu 22 Noyabr 2015 02:00 Ölkə Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 14-18° isti olacağı gözlənilir. Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 14-19° isti olacağı gözlənilir, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir. / Teqlər : #Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda 200 nəfər buna görə öldü – Şok statistika Azərbaycan un və taxılı dəyərindən iki dəfə baha alır