Azər Maqsudov: `Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində 12 nəfərin müalicəsi davam edir` 20 May 2015 01:00 Xəbərlər Bakıda yanğın baş verən binadan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən xəsarət alanlardan 12-si müalicəsini davan etdirir. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov açıqlamasında bildirib ki, onlardan 3-ü uşaq, 9-u böyükdür. Hazırda müalicəsini davam etdirənlərin vəziyyəti stabildir. Hadisə nəticəsində mərkəzə gətirilənlərdən biri dünyasını dəyişib. O, 1947-ci il təvəllüdlü Elmira Yəhyayevadır. Həkimlərin səyinə baxmayaraq, dəm qazından və tüstüdən boğulma ilə xəstəxanaya gətirilən qadınının həyatını xilas etmək mümkün olmayıb. Teqlər : #Azər Maqsudov: `Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində 12 nəfərin müalicəsi davam edir`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan-Gürcüstan sərhəd-keçid məntəqəsində rəzalət davam edir Abdulvahab Salamzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır