Azərbaycan informasiya təhlükəsizliyi üzrə elektron xidmətləri işə salıb 02 May 2015 01:00 Xəbərlər Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzi (CERT) "Yoluxmuş IP" xidmətini işə salıb. Bu barədə CERT-dən məlumat verilib. Mərkəzdən bildiriblər ki, yeni xidmət yoluxmuş IP ünvanların məlumat bazasında istifadəçiyə IP ünvanını yoxlamaq imkanı verir. Bu xidmətdən yalnız Azərbaycan istifadəçiləri yararlana bilərlər. IP ünvanın yoluxduğu məlum olarsa, müvafiq xəbərdarlıq avtomatik olaraq ekranda göstərilir. Bildirişdə zərərli kodun aktivliyi barədə ətraflı məlumat əks olunacaq. CERT-in təqdim etdiyi bəzi xidmətlər ("Şifrlərin onlayn generatoru", "Parolun təhlükəsizliyi", "Mənim IP ünvanım" və yeni "Yoluxmuş IP" kimi) hazırda fəaldır. CERT informasiya təhlükəsizliyi üzrə daha iki onlayn xidməti - "Malware Lab" və "Virtual test" - işə salmağa hazırlaşır. Teqlər : #Azərbaycan informasiya təhlükəsizliyi üzrə elektron xidmətləri işə salıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru «Taksim»də 1 may toqquşması: yaralananlar var DQİDK sədri Mübariz Qurbanlı İranda Ayətullah Möhsen Qumi ilə görüşüb