Azərbaycanın bəzi ərazilərində şaxta olacaq 07 Oktyabr 2014 01:00 Ölkə Sabah Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq, gündüz dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. Azərbaycanın bölgələrində oktyabrın 8-də yağış yağacağı, bəzi yerlərdə, xüsusilə şərq rayonlarında intensivləşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Dağlarda sulu qar və qar yağacaq. Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Dağlarda havanın temperaturu gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək. / Teqlər : #Azərbaycanın bəzi ərazilərində şaxta olacaq , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İddia: Müsavat Partiyası iki qütbə bölünüb .az domenində saytların sayı 10 faiz artıb