Ayətullah Xamenei başsağlığı verib 18 Sentyabr 2020 15:40 İslam lideri Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei mərhum Hacı Əli Şəməqdərinin vəfatı münasibətilə başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Köhnə və yaxın dostum, mömin, inqilabçı və dindar olan şəhid atası, şəhid qardaşı Cənab Hacı Əli Şəməqdərinin vəfatı xəbərindən kədərləndik. Mən yarım əsrdən çoxdur ki, bu imanlı və çalışqan qardaşı tanıyıram. Onu həmişə həmişə haqq cəbhəsində olan, qeyrətli, sadiq, vəfalı və səbirli biri kimi tanımışam. Ondan yaxşılıq və çalışqanlıqdan başqa bir şey görmədim. Uca Yaradandan onun üçün rəhmətini və ən yüksək dərəcələri verməsini diləyirəm! O, mərhumun möminə və səbirli həyat yoldaşına, saleh övladlarına, eləcədə digər yaxınlarına və dostlarına başsağlığı deməyi özümə borc bilirəm. O mərhumun saleh bəndələr və şəhidlərlə məşhur olmasını Allahdan diləyirəm.” Qeyd edək ki, Hacı Əli Şəməqdəri 85 yaşında cümə axşamı günü vəfat edib. O, İmam Rzanın (ə) hərəminin xidmətçilərindən , Əhli-beyt (ə) məddahı, Quran qarisi və İslam İnqilabının ilk mübarizələrindən olub. O mərhum həmçinin Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Məşhəd şəhərindəki ofisinin Hüseyniyyəsinin rəhbəri olub. Teqlər : #Ayətullah,#Xamenei,#başsağlığı,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Hər gün Aşura, hər yer Kərbəladır!’ - İmam Xomeyni (VİDEO) Ayətullah Xameneinin Müqəddəs Müdafiəsində iştirak edən veteranlar ilə onlayn görüşü keçirilib - FOTO/YENİLƏNİB
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB