Ayətullah Xamenei müsəlmanlara müraicət etdi 22 May 2020 14:13 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün Beynəxalq Qüds günü münasibətilə müsəlman dünyasına müraciət edib. Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, əvvəlcə dünya müsəlmanlarını qarşıdan gələn Fitr bayramı münasibətilə təbrik edən Ayətullah Xamenei Qüds gününün əhəmiyyətindən danışıb. “Bu gün İmam Xomeyninin (r.ə.) təşəbbüsü ilə müsəlmanlar Fələstin və Qüds üçün birləşdi. Bununla da Fələstin azadlıq bayrağını dalğalandırmağı özlərinə vacib bildilər. Sionist rejim və hegomonlar bu məsələni unutdurmağa çalışırlar. Çünki ən faciəli qətl və cinayətləri törətməklə bir ölkəni işğal etmək, xalqını həmişəlik öz ev-eşiyindən didərgin salmaq, dədə-baba torpaqlarından çıxartmaq və bu cinayətləri on illər davam etdirmək yaxın tarixdə bəşərin törətdiyi cinayət və pisliyin ən yeni rekordudur.” Ayətullah Xamenei İsrailin regionda yerləşdirilməsi səbəblərini də açıqlayıb. Bildirib ki, I Dünya müharibəsində qalib gələn hökumətlər Paris konfransında ən böyük qəniməti olaraq Qərbi Asiya bölgəsini bölüşdükləri zaman özlərinə bu bölgədə hökmranlığı təmin etmək üçün etibarlı bir bazaya ehtiyac duydular. “Uzun illər öncədən İngiltərə Balfur planı üçün zəmin hazırlamışdı və yəhudi hökmdarlarının razılığı ilə sionizm adlı bir yeniliyin rolunu ortaya qoymuşdu. Praktiki olaraq buna zəmin hazır idi. Həmin illərdən başlayaraq, tədricən irəlilədilər. II Dünya müharibəsindən sonra bölgə hökumətlərinin laqeydliyindən faydalanaraq, saxta rejimi elan etdilər. Sionist rejimini qurmaqda qərblilər və yəhudi sahibkarlarının əsas və təcili məqsədi Qərbi Asiyada daimi iştirak və təsir bazası yaratmaq və bölgədəki ölkələrə və hökümətlərə müdaxilə və hökmranlıq etmək olub. Hədəf əvvəlcə Fələstin, sonra isə bölgədəki bütün xalqlar idi.” Ayətulah Xamenei əksər ərəb dövlətlərinin ilk müqavimətdən sonra təslim olmasını, xüsusən ABŞ-ın bu məsələyə dəstək olduqdan sonra onları həm insani, həm siyasi, həm islami borclarını, eləcə də ərəb qeyrətlərini unutmasını və puç ümidlə düşmən məqsədlərinə xidmət etməsini təəssüf hiss ilə qeyd edib. Ayətullah Xameni İslamn İnqilabından sonra Fələstin üçün mübarizədə yeni bir səhifənin açıldığını vurğulayıb və deyib ki, ilk gündən sionist rejimin səfirliyini Fələstinə verilməsi, onların ölkədən çıxarılması, əlaqələrin kəsilməsi və neft satışının dayandırılması və digər məsələlər “Müqavimət cəbhəsinin” yaranmasına səbəb oldu və Fələsitn probleminin həllində ümid yaratdı. “Bu gün Müqavimət cəbhəsinin artan nüfuzu, ümidlə irəliləməsi və güc elementlərini artması və düşmənin getdikcə zəifləməsinin şahidiyik. Bunun əyani sübutu, bir vaxtlar yenilməz və ildırım sürətli hərbi güc olan, iki gün ərzində hücum edən iki ölkə ordusunu dayandıran sionist rejim orudusu indi geri çəkilmək məcburiyyətində qalır. Livan və Qəzzadakı müqavimət qüvvələrə məğlub olduğunu etiraf edir. Bununla yanaşı mübarizə sahəsi çox ciddi və dəyişkəndir və daim qayğıya ehtiyacı var. Cihad Fələsitnin bütün torpaqlarında geniş yayılmalıdır. Bu mübarizə çox vacib və həyati əhəmiyyət daşıyır. Əsas hesablamalardakı hər hansı bir səhlənkarlıq və səhv böyük itkilərə səbəb ola bilər.Çox çəkməyəcək sionist virusunun kökü imanlı gənclərin səyi nəticəsində bu bölgədən kəsiləcək”. Ayətullah Xamenei bildirib ki, bu gün dünyada hamı koronavirus qurbanlarını sayır amma nə üçün heç kim İslam dünyasında olan məzlumları saymır? “Dünyada koronavirs qurbanlarını hamı sayır, lakin heç kim soruşmayıb və soruşmur ki, ABŞ və Avropanın müharibə alovlandırdığı ölkələrədə milyonlarla insanın şəhid, əsir və itikin düşməsinin günahı kimdədir? Nə üçün heç kimsə İslam dünyasında milyonlarla uşaq, qadın və kişinin öldürülməsini hesablamadı? Nə üçün milyonlarla fələstinli 70 il öz evlərindən didərgin salınmalı və sürgün olunmaldır? Nə üçün müsəlmanların ilk qibləsi olan Qüdsə hörmtəsizlik edilsin? Nə üçün sözdə beynəlxalq millətlər təşkilatı olan təşkilat öz vəzifəsinə əməl etmir. Sözdə insan haqları olan qrumlar nə üçün ölüblər. “Uşaq və qadınların hüquqlarının müdafiəsi” şüarı Fələstin və Yəmənin məzlum uşaq və qadınlarını əhatə etmir ? Ayətulllah Xamenei Fələstin məsələsi ilə bağlı bir neçə tövsiyə verib. 1. Fələstinin azaldığı üçün mübarizə Allah yoludna cihaddır və belə bir mübarizədə qələbəyə zəmanət verirlir. Fələstin üçün mübarizəini ərəb problemi kimi göstərmək və məhdudlaşdırmaq aşkar yalnışlıqdır. “Fələstinin azadlığı uğrunda mübarizə Allah yolunda cihad, İslamın vacib məsələsi olmaqla yanaşı, həm də insani bir məsələdir. Bir neçə fələstinli ünsürün bəzi qərb dövlətləri ilə bağladıqları sazişin bi islami və insani məsələnin bir kənara qoyulması üçün əsas verdiyini düşünənlər problemi anlamaqda çox böyük səhvə, hətta demək olar ki, xəyanətə yol verirlər”. 2. Mübarizənin məqsədi bütün Fələstin torpaqlarının azadlığı, (Dənizdən çaya kimi) və bütün fələstinlilərin öz ölkələrinə geri qaytarılmasıdır. “Bu mübarizənin məqsədi çaydan dənizə qədər olan bütün Fələstin torpaqlarının azad edilməsi, bütün fələstinlilərin öz torpaqlarına qayıtmasıdır. Buna görə də həmin məqsədin bu ölkənin bir gişəsində bir dövlət yaradılması ilə məhdudlaşdırılması nə haqdandır, nə də reallıq. Bu gün milyonlarla fələstinli bu böyük cihadı əzmkarlığın simvoluna çevirə biləcək, Allahın yardımına və son qələbəyə də əmin ola biləcək düşüncə, təcrübə və özgüvən mərhələsinə yükəslmişdir”. 3. Qərb dövlətləri və onlara bağlı beynəlxaq qrumlara etimad göstərməkdən çəkinmək lazımdır. “Bu gün dövlətlər dünya üzrə korona qurbanlarının sayının nə qədər olduğunu tək-tək elan edir. Ancaq heç kəs ABŞ və Avropanın müharibə odunu alışdırdıqları ölkələrdəki yüz minlərlə şəhidin qatillərinin, əsir və itgin düşmüşlərin, Fələstində baş verən bütün bu cinayətlərin, qəsblərin, dağıntıların və zülmlərin günahkarlarının kimliyini soruşmuşr”. 4. Daxili müharibələr müqavimət cəhbəsinin başını qatmaq üçün bir oyundur, İmam Xomeyninin buyurduğu kimi hər nə qədər fəryad edə bilirsizsə ABŞ və sionist düşmənin başına qışqırın. “ABŞ və sionistlərin siyasətləri münaqişələri müqavimətin arxa cəbhəsinə çəkmək, müqavimət cəbhəsinin başını qatmaq üçün daxili müharibələr yaratmaq və sionist rejimə fürsət yaratmaqdır. Suriya, Yəmən və İraqda İŞİD-i yaratmaqla bu buna nail oldular. Bu xəbis siyasətin qarşısını almağın yolu İslam dünyasının qeyrətli gənclərinin ciddi istək və tələbinin olması, Əzəmətli İmam Xomeyninin tövsiyəsinə diqqət yetirməkdir. İmam buyururdu ki, var gücünüzlə ABŞ-ın - və təbii ki, düşmən sionistin başına qışqırın”. 5. ABŞ-ın əsas siyasəti, sionist rjeimin bölgədə iştirakını adiləşdirməkdir. Sionist rejim virusu ilə mübarizə etməli və onu izolyasiya etmək lazımdır. 6. Hamı Fələstin xalqı üçün mübarizənin davam etdirilməsini dəstəkləməli və onlara yardım etməlidir. 7. Fələstində bütün dinlərin və tayfaların itşirakı ilə referendum keçirilməli və idarə olunmalıdır. Teqlər : #Ayətullah Xamenei,#fələstin,#qüdsgünü , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: ABŞ terrorçuları dəstəkləyir, İraq və Suriyadan qovulacaq Ayətullah Xamenei 3 mindən çox məhbusu əfv etdi
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB