Ayətullah Xamenei: Xalq, polisi ədalətli və ayıq qüvvə kimi görməlidir-FOTO 23 Dekabr 2018 18:13 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün (bazar günü) səhər Polis Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşündə Polis Qüvvələrinə ölkədə təhlükəsizliyin təmini və nizam-intizamın yaradılması sahəsindəki səylərinə görə təşəkkür edib və bildirib ki, Polis Qüvvələri cəmiyyətin gözü qarşısındadır və qınaqlara daha çox məruz qalır. “Elə davranmalısız ki, xalq, Polis Qüvvələrini güclü, ədalətli və ayıq qüvvə kimi görsün”. Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, Ali Rəhbər Polis Qüvvələrinin əhali və müraciət edənlərlə davranış sahəsində çox yaxşı nailiyyətlər əldə etdiyini deyib və bildirib ki, bu rəftar tərzi inkişaf etdirilməlidir. “Polis Qüvvələri xalqla rəftarında etibarlı, ağıllı və tədbirli davranmalıdır”. Qeyd edək ki, Polis komandirləri və şəxsi heyət bu gün Ayətullah Xameneinin imamətliyi ilə günorta və əsr namazını qılıb. Teqlər : #Ayətullah,#Xamenei:,#Xalq,#polisi,#ədalətli,#və,#ayıq,#qüvvə,#kimi,#görməlidirFOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei:‘ABŞ həmişəki çirkin və nifrət dolu simasını bu gün də aşkar şəkildə nümayiş etdirir’ -FOTO Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB