Ayətullah Şeyx İsa Qasım Londonda müalicə olunacaq 09 İyul 2018 01:00 Dünya Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasim bu gün müalicəsini davam etdirmək üçün Londona aparılacaq. Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Şeyx İsa Qasim Londonda özəl kilinikalardan birində müalicəsini davam etdirəcək. Məlumata görə, Ayətullah Şeyx İsa Qasım hazırda Bəhreynin “İbnün-Nəfis” xəstəxanasında müalicə alır. Bəhreyndə bəzi fəallar sosial şəbəkədə Ayətullah İsa Qasimin bu gün (09 iyul) tarixində müalicəsinin davam etdirilməsi üçün Londona aparılacağını elan edib və onu yola salmaq üçün əhalini Manama hava limanına gəlməyə çağırıb. Qeyd edək ki, Şeyx İsa Qasim 2 ilə yaxındır ki, Bəhreyndə ev dustağıdır. Bəhreyn rejiminin qüvvələri onun evini və olduğu kvartalı mühasirədə saxlayır. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür. Xatırladaq ki, bir neçə gün öncə Ayətullah İsa Qasimin səhhətinin pisləşməsinin ardınca Bəhreyn rejiminin Xarici İşlər naziri, kral Həməd bin İsa Əl-Xəlifə Ayətullah İsa Qasimin xaricdə müalicə alması üçün səfərlə bağlı əməliyyatların aparılmasına razılıq verdiyini açıqlamışdı. Teqlər : #Ayətullah Şeyx İsa Qasım Londonda müalicə olunacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə qatar qəzasında həlak olanların sayı açıqlanıb Nigeriyada Şeyx Zəkzəkiyə azadlıq tələb edənlər saxlanıldılar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO