Ayətullah Xamenei İŞİD tərəfindən şəhid edilən Möhsün Höcəcinin cənazəsi yanında - FOTO 27 Sentyabr 2017 01:00 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Suriyada İŞİD terror təşkilatı tərəfindən şəhid edilən Möhsün Höcəcinin cənazəsini ziyarət edib. Maide.Az xəbər verir ki, sentyabrın 26-da Şəhid Möhsün Höcəcinin cənazəsi təyyarə ilə Məşhədə aparılmış və oradan da Tehrana gətirilib. Bu gün səhər Ayətullah Seyid Əli Xamenei Tehranın İmam Hüseyn (ə) meydanında şəhid Möhsün Höcəcinin cənazəsini ziyarət etmiş, dualar oxumuş və şəhid üçün Allahdan ən yüksək məqamı diləyib. Ayətullah Xamenei həmçinin şəhid Höcəcinin ailəsi ilə görüşüb, onlara təşəkkür edib və Allahdan onlara səbr və əcr diləyib. Qeyd edək ki, hazırda Tehranda şəhid Höcəcinin dəfn mərasimi böyük izdihamla keçirilir. Xatırladaq ki, İraq-Suriya sərhədində yerləşən Tanaf bölgəsində avqustun 7-də İŞİD tərəfindən əsir götürülən Möhsün Höcəci iki gün sonra şəhid edilib. Teqlər : #Ayətullah Xamenei İŞİD tərəfindən şəhid edilən Möhsün Höcəcinin cənazəsi yanında FOTO , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei başsağlığı verdi Ali Rəhbərin iştirakı ilə Həzrət İmam Hüseynin (ə) matəm mərasimi keçiriləcək
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB