Ayətullah Xamenei 600-dən çox məhbusu əfv etdi 08 Fevral 2017 02:00 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İslam İnqilabının qələbəsinin 38-ci ildönümü münasibətilə həbsdə olan 631 nəfərin əfv olunması barədə fərman imzalayıb. Maide.Az xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir. İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 631 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb. Qeyd edək ki, fevral ayının 11-i İslam İnqilabının qələbəsinin 38-ci ildönümüdür. Teqlər : #Ayətullah Xamenei 600dən çox məhbusu əfv etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Rəhbər Hərbi Hava Qüvvələrinin komandirləri və hərbi işçiləri ilə görüşüb - FOTO Ali Rəhbər Ayətullah Xamenei İsveç baş nazirini qəbul edib - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB