Ayətullah Xamenei:İslam Respublikasının müqaviməti nəticəsində Amerikanın bölgədəki planları uğursuz olub - FOTO 05 İyun 2016 01:00 Çıxışlar Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün İran parlamentinin sədri və nümayəndələri ilə görüşüb. Maide.Az xəbər verir ki, görüşdə çıxış edən Ali Rəhbər Ayətullah Xamenei bildirib ki, düşmən çalışır planlarına mane olan İslam Respublikasının siyasətlərini təsirsiz etsin. “ Düşmən Qərbi Asiya kimi önəmli olan bölgə üçün müəyyən planlar cızıb. Bu bölgədə İslam və müsəlmanların çoxluq təşkil etməsi, zəngin neft ehtiyatları və strateji su yollarının mövcud olması eləcə də sionist rejimin mövcudluğu Qərbi Asiyanı düşmən üçün önəmli edib, onların bu region üçün planları öncədən dedikləri "yeni ortaşərq" və " böyük orta şərq" planından ibarətdir.” Ayətullah Xamenei bildirib ki, İslam Respublikasının müqaviməti nəticəsində Amerikanın bölgədə xüsusi ilə Fələstin, Livan, Suriya və İraqda planları uğursuz olub. “ Bu hegemonçuluq siyasətlərinin qarşısında durmaq və onların simasını ifşa etmək lazımdır. Düşmən İslam Sistemi ilə bağlı beynəlxalq, regional və ölkə daxili üçün planlar hazırlayıb. Beynəlxalq səviyyədə ittihamları davam etdirir, regionda öz planlarını həyata keçirmək üçün maneəni aradan qaldırır və ölkə daxilində isə uymuş vulkanları aktivləşdirməkdədir. Ona görə bütün qüvvələr və məsul şəxslər xüsusi ilə parlament nümayəndələri bu planların qarşısında ayıq olmalıdırlar.” Ayətullah Xamenei bildirib ki, parlament ölkəyə sakitlik bəxş edərək qanunvericilikdə inqilabçı olmalı, Amerikanın düşmən və qərəzli mövqelərinə reaksiya verməli və dünyanın hegemonçu güclərinin siyasətləri qarşısında müqavimət göstərməlidir. Ayətullah Xamenei bildirib ki, İslami Şura Məclisinin deputatları müqavimət iqtisadiyyatının reallaşmasında son dərəcə təsirli rola malikdirlər ona görə ki, hökumətin iqtisadi təşəbbüslərini müqavimət iqtisadiyyatı istiqamətinə yönəldə bilər və bunu hökumətdən tələb edə bilərlər. Ayətullah Xamenei ABŞ hökuməti və konqresinin İrana qarşı düşmənçi hərəkətlərinə toxunaraq bildirib ki, düşmənlərin həyasızlıqları qarşısında meydana gəlmək, möhkəm cavabla onların ağızlarını bağlamaq lazımdır ona görə ki, düşmən siyasi ərsədə öz təşəbbüslərini reaksiyalar əsasında planlaşdırır. “Qarşı tərəfin təsir altında olduğunu, geri oturmağa meyilli olduğunu hiss edərsə öz mövqeyində sərtləşir və tamahkarlıq edir.” Teqlər : #Ayətullah Xamenei:İslam Respublikasının müqaviməti nəticəsində Amerikanın bölgədəki planları uğursuz olub FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `İmam Xomeyni (rə) ölkəni asılılıq, geridə qalma və beynəlxalq təhqirdən qurtardı`-FOTO Ramazan behiştdir- VİDEO
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO