Ayətullah Xamenei: `Fələstin xalqı qələbə çalacaq!` 27 Yanvar 2015 02:00 Dünya İslam İnqilabının rəhbəri, Ali lider Ayətullah Əli Xamenei Fələstin Azadlıq Təşkilatı Xalq Cəbhəsi baş katibi Əhməd Cəbrayılı qəbul edib. Maide.az xəbər verir ki, Ali lider Əhməd Cəbrayıla xitabən, "bu gün Fələstin davasının əsas sütunları, dayaqları sizlərsiniz. Ümid edirəm ki, bu müqavimət ruhunu qoruyaraq Fələstini qələbəyə çatdıracaqsınız", - deyib. Ayətullah Xamenei Fələstin davasını İslam dünyasının ən mühüm məsələlərindən biri kimi gördüklərini bildirib. İran İslam Respublikasının qələbə əldə edilənə qədər Fələstini və haqlı mübarizəsini dəstəkləyəcəklərini qeyd edən Ali lider, gənclərin Fələstinin azadlığa çatacağı günü qətiyyən görəcəyi müjdəsini verib. Görüşün sonunda Əhməd Cəbrayıl İranın Fələstin xalqının haqq və hüququnun verilməsi və haqq işini müdafiə etdiyi üçün etdiyi yardım və təşəbbüslərinə görə minnətdar olduğunu söyləyib. Teqlər : #Ayətullah Xamenei: `Fələstin xalqı qələbə çalacaq!`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD Liviyada lüks otelə hücum edib İrandan ABŞ-a mesaj: İsrail qırmızı xətti tapdaladı və...
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO