Avropa İttifaqı Ermənistan hərbi helikopterinin vurulmasından danışdı 13 Noyabr 2014 02:00 Siyasət Avropa İttifaqının xarici siyasət fəaliyyəti xidməti Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan hərbi helikopterinin vurulmasından sonra münaqişə tərəflərini təmkinli olmağa çağırıb. Maide.az apa-ya istinadən xəbər verir ki, xidmətin açıqlamasında bildirilir ki, tərəflərin vəziyyəti gərginləşdirəcək istənilən hərəkətlərdən və bəyanatlardan çəkinməsi zəruridir: “Biz baş vermiş insidentin araşdırılmasına çağırırıq”. Aİ ATƏT-in Minsk Qrupuna və 3 həmsədrin səylərinə tam dəstəyini ifadə edib. Brüsseldən bildirilib ki, hər iki tərəf atəşkəs rejiminə ciddi riayət etməli, güc tətbiqi və güc tətbiq etməklə hədələməkdən çəkinməli və münaqişənin dinc yolla həllinə dair cəhdləri bərpa etməlidir. Teqlər : #Avropa İttifaqı Ermənistan hərbi helikopterinin vurulmasından danışdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərdoğandan Azərbaycan jurnalistinə açıqlama: Biz də hazırlaşırıq XİN düşmənin sərhədi pozan erməni helikopteri haqda bəyanat yaydı
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video