Avropa insan haqları təşkilatı Ayətullah Nimrin vəziyyətilə bağlı narahatdır 23 Noyabr 2015 02:00 Dünya Avropa insan haqları təşkilatı Səudiyyə Ərəbistanının nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Nimr Baqir Ən-Nimrin səhhətilə bağlı narahatçılığını bildirib. Məlumat Ayətullah Nimrin internet saytında yerləşdirilib. Avropa insan haqları təşkilatının Səudiyyə Ərəbistanı təmsilçisi, 2012-ci ildə həbs olunandan etibarən müxtəlif problemlərlə üzləşən Ayətullah Nimrin səhhətilə bağlı narahat olduğunu açıqlayıb. Qeyd edək ki, Ayətullah Nimr həbs olunma ərəfəsində Səudiyyə polislərinin yaxın məsafədən açdığı atəş nəticəsində ayağından üç güllə yarası almışıdı. Nəticədə ayaq sümüyü sınmışdı və o gündən bəri Ayətullah Nimrin səhhəti çox ağır olaraq qalır. Buna baxmayaraq, Səudiyyə rəsmiləri Ayətullah Nimrin müalicə edilməsinə və özünə uyğun səhiyyə xidməti təqdim edilməsinə maneə törədir. Bu da iltihablı yaralarının çoxalmasına və sağlamlığının ciddi şəkildə təhlükəyə düşməsinə səbəb olur. Əslində Səudiyyə bunu etməklə ona işgəncə verir.(Deyerler.org) Teqlər : #Avropa insan haqları təşkilatı Ayətullah Nimrin vəziyyətilə bağlı narahatdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da baş verən atışmada ən azı 16 nəfər yaralanıb İraq baş naziri Ərbəin mərasiminin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO