Atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub 29 Avqust 2016 01:00 Qarabağ xəbərləri Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub. Maide.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Teqlər : #Atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistanın pilotsuz uçuş aparatı məhv edildi - VİDEO Düşmən atəşkəsi 16 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni