Astanadan Bakıya aviareyslərin sayı artırılır 21 Mart 2018 02:00 Xəbərlər -- mart ayının 25-dən 27 oktyabr tarixinədək Qazaxıstanın "Air Astana" aviaşirkəti cari ilin mart ayının 25-dən 27 oktyabr tarixinədək qüvvədə olacaq yay uçuş cədvəlinə keçir. Maide.Az xəbər verir ki, bu barədə Qazaxıstan milli aviadaşıyıcısının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Astanadan Bakı istiqamətində həyata keçirilən aviareyslərin sayı həftədə 4 dəfəyə qədər artırılacaq. "Air Astana" yay mövsümündə dünyanın 21 ölkəsinə, o cümlədən Azərbaycan da daxil olmaqla 5 MDB dövlətinə (Rusiya, Tacikistan, Qırğızıstan, Özbəkistan), həmçinin Ukrayna və Gürcüstana uçuşları davam etdirəcək.(publika.az) Teqlər : #Astanadan Bakıya aviareyslərin sayı artırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sarkozi həbs edildi İmam Hadinin (ə) şəhadətinin ildönümü münasibətilə Samirrada ƏZADARLIQ - FOTO