Şarcədə İslam mədəniyyəti festivalı keçirilir 20 Yanvar 2018 02:00 Xəbərlər -- Sərgi yanvarın 23-dək davam edəcək Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinin məlumatına görə, Şarcə əmirliyində İslam mədəniyyəti festivalı çərçivəsində 42 müsəlman rəssam, heykəltəraş və memarın əsərlərindən ibarət sərgi açılıb. Maide.Az "Azərtac"-a istinadən xəbər verir ki, ekspozisiyalar Şarcədəki İncəsənət Muzeyi, Maraya İncəsənət Mərkəzi və Əl Məcaz sahilindəki “CalligraphySquare” bədii qalereyası, Əl Məcaz amfiteatrı və Xəttatlıq Muzeyində təqdim edilib. Əmirliyin mədəniyyət departamentinin təşəbbüsü ilə bu, artıq Şarcədə keçirilən iyirminci İslam mədəniyyəti festivalıdır. Tədbirin məqsədi şəhər sakinləri və qonaqlarını İslam mədəniyyəti və incəsənəti ilə tanış etməkdir, bu səbəbdən bütün ekspozisiyalara giriş pulsuzdur. Sərgiyə gələnlər şüşə, dəri, plastika, metal, dekorativ kağız və akril qatranından düzəldilmiş gözəl sənət əsərləri ilə tanış ola bilərlər. Builki festivalın “Töhfə” adlı mövzusu müxtəlif incəsənət nümayəndələrini İslam mədəniyyətini təcəssüm etdirən ümumi kompozisiya yaradılması ətrafında birləşməyə sövq edir. Qeyd olunur ki, bu il sərgilər əvvəlki illərdən daha çox populyardır, beynəlxalq mətbuat tərəfindən işıqlandırılır və yerli sakinlərlə yanaşı, turistləri də cəlb edir. Sərgi yanvarın 23-dək davam edəcək. Teqlər : #Şarcədə İslam mədəniyyəti festivalı keçirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru DİQQƏT! `HP Azerbaijan` bu batareyaları geri çağırdı - Yanma təhlükəsi var Gələn ay Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası olacaq