Aprel döyüşlərində yaralanan tankçı vəfat edib 10 İyul 2016 01:00 Qarabağ xəbərləri Aprelin 2-də cəbhə xəttindəki döyüşlər zamanı ağır yaralanaraq komaya düşən tankçı Rahim Tağıyev iyulun 10-da hərbi hospitalda vəfat edib. Deputat Aydın Mirzəzadə bu barədə öz Facebook səhifəsində bildirib. Millət vəkilinin yazdığına görə, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Üç uşaq atası olan Rahim Tağıyev 18 il idi Milli Orduda xidmət edirdi. İş günü olmadığından Müdafiə Nazirliyi ilə xəbəri dəqiqləşdirmək mümkün olmadı. Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.(azadliq.org) Teqlər : #Aprel döyüşlərində yaralanan tankçı vəfat edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Atəşkəs 18 dəfə pozulub Düşmən Füzuli istiqamətində atəşkəsi pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni