Ankara Rusiyadan “S-400” zenit-raket sistemlərinin alınmasını nəzərdən keçirir 14 Aprel 2017 01:00 Xəbərlər Ankara havadan müdafiə sistemlərinin əlverişli şərtlərlə alınmasında NATO-dan dəstək görmədiyindən Rusiyadan “S-400” zenit-raket sistemlərinin alınmasını alternativ variant kimi nəzərdən keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşık. F.İşık ABŞ-a səfəri çərçivəsində çıxışı zamanı havadan müdafiə sistemlərinin əldə olunması məsələsində Türkiyənin NATO-dakı tərəfdaşlarından dəstək almadığını təəssüflə ifadə edib. “Mən rəqabətli qiymətlər, texnologiyaların mübadiləsini nəzərdə tuturam. Bu səbəbdən biz alternativ variantları nəzərdən keçiririk. Rusiyanın “S-400” sistemləri onlardan biridir”, - deyə nazir qeyd edib. Teqlər : #Ankara Rusiyadan S400 zenitraket sistemlərinin alınmasını nəzərdən keçirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda böyük söküntü nə vaxt başlayacaq? Delta Telekom müxalifət saytlarının bloklanmasına bağlılığını inkar edir