Angela Merkel populyarlığını itirir 29 Sentyabr 2015 01:00 Dünya Almaniya kansleri Angela Merkel seçildiyi müddətdən bəri ilk dəfə populyarlığını itirməyə başlayıb. “Spiegel” nəşri xəbər verir ki, belə bir rəy “ZDF” telekanalı tərəfindən aparılan ictimai sorğunun nəticəsində formalaşıb. Əhali arasında keçirilən sorğuya hökumətdə təmsil olunan dörd siyasətçinin adı daxil edilib. Rəyi soruşulanların 67 faizi hazırki xarici işlər naziri Frank-Valter Ştaynmayerə daha çox rəğbət bəslədiyini bildirib. İkinci sırada 65 faiz səslə maliyyə naziri Volfqanq Şoyble qərarlaşıb. Yoahim Qauk 64 faizlə üçüncü, kansler Angela Merkel isə 63 faizlə dördüncü yeri tutub. Ekspertlərin qənaətinə görə, əhali arasında Almaniya kanslerinə rəğbətin azalmasında başlıca amil Yaxın Şərq qaçqınları ilə bağlı yürütdüyü effektsiz miqrasiya və sərhəd nəzarətinin sərtləşdirilməsi siyasəti hesab edilir. İctimaiyyətin fikrincə, A.Merkel açıq sərhəd prinsipini pozmaqla, sonda Şengen sazişinin qüvvədən düşməsinin səbəbkarı olacaq. Teqlər : #Angela Merkel populyarlığını itirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran prezidenti Məkkədə baş verən faciəyə görə Səudiyyə Ərəbistanını günahlandırıb Məhbuslar həbsxanadan qaçıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO