Maide.az

İzmirdə metro deposu çökdü: dağıntılar altında qalanlar var

Türkiyənin İzmir şəhərində metropolitenin tikilməkdə olan deposu çöküb.   Trend-in məlumatına görə, dağıntılar altında iki işçi qalıb.   Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub.   Hazırda həmin işçilərin xilas olunması üçün əməliyyat aparılır.   Çökmənin səbəbləri araşdırılır.