İzmirdə məhkəmə qarşısında terror aktı olub - FOTO
Bu gün yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib. APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib. Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan ikisi atışmada öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu polis tərəfindən axtarılır. Partlayış nəticəsində 1 polis əməkdaşı ölüb və ən azı 10 nəfər yaralanıb, yaralılardan birinin vəziyyəti ağırdır. /