Maide.az

Özbəkistanda metro tikintisində 6 fəhlə həlak olub

Özbəkistanın paytaxtı Daşkənddə leysan yağışların səbəb olduğu torpaq sürüşməsi tikintidə çalışan 6 fəhlənin həyatına son qoyub.   Fövqəladə Hallar Nazirliyi hadisənin dekabrın 18-də metronun Yunusobod xəttinin bir hissəsinin tikintisi zamanı baş verdiyini bildirir.   Nazirlik xilasetmə işlərinin dekabrın 19-da səhər tamamlandığını, 6 cəsədin tapıldığını qeyd edir.   Faciənin önlənə bilməsi ehtimalının araşdırılması üçün hökumət komissiyasının yaradıldığı vurğulanır.