Özbəkistanda ilk dəfə Ramazan bayramı münasibəti ilə əfv
Özbəkistan prezidenti Şevkət Mirziyoyev ölkə tarixində ilk dəfə Ramazan bayramı münasibətilə 226 məhkumun əfv edilməsinə dair sərəncamı imzalayıb. Maide.Az “dunyabulteni”ə istinadən xəbər verir ki, əfv edilən 226 məhkumdan 40 nəfərinin 60 yaşı var. 39-u əcnəbi vətəndaş, 37-si isə qadındır. Özbəkistandan bundan öncə müstəqillik və konstitusiya günü münasibətilə əfv elan olunub.