Özbəkistan XİN başçısı İrana səfər edir
Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov bu gün Tehrana səfər edir. Maide.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, səfərdən məqsəd iki tərəfli əlaqələrin inkişaf etdirilməsidir. M.Kamilov İranlı həmkarı Məhəmməd Cavad Zərif və digər rəsmilərlə görüşəcək və iki ölkəni maraqlandıran məsələlər, regionda və dünyada baş verən prosesləri müzakirə edəcək.