Maide.az

Özbəkistanda prezident seçkiləri baş tutmuş sayılır

Özbəkistanda prezident seçkilərində saat 11:00-dək seçicilərin 33,73 faizi səs verib.   Trend-in MSK-nın elektron monitorinqinə istinadən verdiyi məlumata görə, Özbəkistanın qanunvericiliyinə əsasən, əgər seçicilərin 33 faizdən çoxu iştirak edibsə, seçkilər baş tutmuş sayılır.   Saat 06:00-da öz işinə başlayan seçki məntəqələri 20:00-da bağlanacaq.   Səsvermə prosesi davam edir.